Xəzər Xəbər

Bağlı qalmış 16 cinayətin üstü açıldı

Hadisə | 13:02 • 6 İyul 2019
Bağlı qalmış 16 cinayətin üstü açıldı

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, iyulun 5-də ölkədə törədilən 19 cinayətin üstü "isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbər lenti