Xəzər Xəbər

Bankomatdan pensiyasını çıxaran yaşlı qadın həyatının şokunu yaşadı

Hadisə | 15:56 • 26 İyun 2019
Bankomatdan pensiyasını çıxaran yaşlı qadın həyatının şokunu yaşadı
Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd akini S. Ələskərova Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

Xəbər lenti