Xəzər Xəbər

BAKIDA DƏHŞƏT: Qəsdən maşını üstünə sürüb öldürdü

Hadisə | 15:35 • 24 İyun 2019
BAKIDA DƏHŞƏT:

Bakıda qətl törədilib.

Dünən gecə saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Murad Baxşıyev münaqişə zəminində, idarə etdiyi "VAZ-2107” markalı avtomobillə Xaçmaz rayon sakini Rəşad Əliyevi vurub. R.Əliyev hadisə yerində ölüb.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən M.Baxşəliyev tutulub.

Araşdırmalar davam etdirilir./publika.az

Xəbər lenti

Çox oxunanlar