Xəzər Xəbər

Abşeronda ağır qəza - Xəsarət alanlar var

Hadisə | 15:24 • 24 İyun 2019
Abşeronda ağır qəza - Xəsarət alanlar var

Abşeron rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Mehdiabad yolunda, Gənclər şəhərciyində qeydə alınıb.

Qəza zamanı 34 yaşlı Elvin Əliyev sol diz oynağının travması, 62 yaşlı Təhmasib Allahverdiyev alt dodağın kəsilmiş yarası diaqnozu, 27 yaşlı İdris Kərimov isə qapalı kəllə beyin travması və gözün travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti