Xəzər Xəbər

Nizamidə yanğın - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Hadisə | 10:11 • 22 İyun 2019
Nizamidə yanğın - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakıda yanğın faktı qeydə alınıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Xəbər lenti