Xəzər Xəbər

Zaqatalada ağır qəza: 2 ölü, 1 yaralı

Hadisə | 10:04 • 22 İyun 2019
Zaqatalada ağır qəza: 2 ölü, 1 yaralı

Zaqatala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Onlar, 1988-ci il təvllüdlü Bəkirov Rafiq Yunis oğlu boyunun və alt çənənin cırılması, döş qəfəsinin küt travması xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib.

Qurbanov Elçin Qorçin oğlu və 1984-cü il təvllüdlü Sulxayev Çingiz Hacıbəy oğlu isə dünyasının dəyişib. (trend)

***

Zaqatalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda "VAZ” markalı minik avtomobili və "Shacman” markalı yük avtomobili toqquşub.

Qəzada iki nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.

1988-ci il təvllüdlü Bəkirov Rafiq Yunis oğlu boyunun və alt çənənin cırılması, döş qəfəsinin küt travması xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yeləşdirilib. Qurbanov Elçin Qorçin oğlu və 1984-cü il təvllüdlü Sulxayev Çingiz Hacıbəy oğlu isə dünyasının dəyişib.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti