Xəzər Xəbər

Sürücü sükan arxasında yatdı, maşını “KAMAZ”a çırpdı: yaralılar var - FOTO

Hadisə | 13:14 • 15 İyun 2019
Sürücü sükan arxasında yatdı, maşını “KAMAZ”a çırpdı: yaralılar var -

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Oxu.Az xəbər verir ki, qəza Bakı-Qazax yolunun 170 km-də, rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.


Belə ki, 43 yaşlı Əsədov Habil Səfər oğlunun idarə etdiyi "Mercedes” markalı yük maşını Kürdəmir istiqamətində hərəkət edərkən eyni istiqamətdə gedən 53 yaşlı Tərtər sakini Bayramov Hümbət İsa oğluna məxsus "KAMAZ” markalı yük maşınına çırpılıb.


Hər iki sürücü yüngül xəsarətlər alsalar da, hadisə yerinə gələn Kürdəmir RMX-nın təcili tibbi yardım şöbəsinin əməkdaşlarının köməyindən imtina ediblər.


Hadisəyə səbəb kimi "Mercedes”in sürücüsünün sükan arxasında yatması göstərilir.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti