Xəzər Xəbər

Bakıda baş verən yanğın söndürülüb

Hadisə | 17:41 • 13 İyun 2019
Bakıda baş verən yanğın söndürülüb

Bakıda dağlıq ərazidə baş verən yanğın söndürülüb.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında baş vermiş yanğın FHN-in Aviasiya dəstəsinin 1 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:00-da söndürülüb.


Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində boş dağlıq ərazidə 25 ha sahədə quru ot və kol-kos yanıb.

Xəbər lenti