Xəzər Xəbər

Binəqədi rayonunda oğurluqla məşğul olan qadın saxlanılıb

Hadisə | 16:53 • 13 İyun 2019
Binəqədi rayonunda oğurluqla məşğul olan qadın saxlanılıb

Oğurluqla məşğul olan şəxslərin aşkarlanaraq tutulması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyunun 7-də M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Həsənova Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Cari il yanvarın 2-də paytaxt sakini olan bir qadının içərisində pul və mobil telefon olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Cəfərov isə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti