Xəzər Xəbər

Şəkidə "VAZ" aşdı 1 ölü, 4 yaralı

Hadisə | 15:13 • 13 İyun 2019
Şəkidə "VAZ" aşdı

Ötən gün Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Qayabaşı kəndi ərazisində "VAZ-21074” markalı avtomobilin aşması ilə qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif xəsarətlər alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlar Oğuz rayon sakini 1953-cü il təvəllüdlü Xurşudov Aydın Qasım oğlu qapalı kəllə-beyin travması, bir neçə boyun fəqərəsinin sınması, 1959-cu il təvəllüdlü Xurşudov Əlövsət Əvəz oğlu sağ körpücük sümüyünün sınığı, 1967-ci il təvəllüdlü Novruzova Təranə Əfqan qızı döş qəfəsinin qapalı travması və 1987-ci il təvəllüdlü Nağıyev Səyyad Mirzə oğlu sağ qulağın yırtılması xəsarətləri alıblar.

Hazırda A.Xurşudov və Ə.Xurşudovun vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsində müalicə olunurlar, S.Nağıyev isə ilkin tibbi yardımdan sonra ambualtor müalicəyə yola salınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəzada bir nəfər dünyasını dəyişib. O, Laçın rayon sakini Elyana Nağıyeva olub.

Bildirək ki, dünyasını dəyişən şəxs, avtomobilin sürücüsü S.Nağıyevin həyat yoldaşı olub.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır. (trend)

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti