Xəzər Xəbər

"Bakı kənar dairəvi yolu"unda "Mersedes" yanıb

Hadisə | 15:32 • 8 İyun 2019
"Bakı kənar dairəvi yolu"unda "Mersedes" yanıb

İyunun 8-i saat 12:11 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə "Bakı kənar dairəvi yolu"unda avtomobildə yanğın olması barədə məlumat daxil olub.


FHN-dən xezerxeber.az-a verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri saat 12:19 dəqiqədə hadisə yerinə çatıb (həmin vaxt avtomobil tamam açıq alovla yanıb).


Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 12:21-də söndürülüb. Yanğın nəticəsində "Mercedes” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.


Xəbər lenti

Çox oxunanlar