Xəzər Xəbər

DƏHŞƏTLİ HADİSƏ: 19 yaşlı hamilə xanımın qarnını yarıb körpəsini oğurladılar

Hadisə | 17:43 • 5 İyun 2019
DƏHŞƏTLİ HADİSƏ:

ABŞ-ın Çikaqo şəhərində dəhşətli hadisə baş verib.

19 yaşlı Lopez adlı hamilə xanım qaçırılıb. Ardınca qızın cəsədi tapılsa da, uşağın onun qarnında olmadığı müəyyən edilib. Məlum olub ki, 19 yaşlı qızı 46 yaşlı qadın qaçıraraq, qətlə yetirib.

Ardınca cinayətkar hamilə xanımın qarnını yararaq, körpəni çıxarıb. Lakin bir neçə saatdan sonra körpənin nəfəs almadığını görən cinayətkar, təcili tibbi yardımın əməkdaşlarından kömək istəyib. Həkimlərin səyi nəticəsində uşaq xilas edilib. İndi onun səhhəti normaldır. 46 yaşlı qadının niyə belə cinayət törətdiyi araşdırılır./Redaktor.az

Xəbər lenti