Xəzər Xəbər

Kürdəmirdə sürücü maşını aşırdı, 3 nəfər xəsarət aldı

Hadisə | 11:38 • 5 İyun 2019
Kürdəmirdə sürücü maşını aşırdı, 3 nəfər xəsarət aldı

Kürdəmir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 29 km-də, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

22 yaşlı rayon sakini Qaybalıyev Oqtay Tahir oğlu "Hundai" markalı minik maşını ilə Kürdəmir istiqamətində hərəkətdə olarkən, qəfil idarəetməni itirib. Nəticədə maşın yoldan çıxıb və yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Qəza zamanı sürücü ilə yanaşı Kürdəmirdən olan sərnişinlər - 20 yaşlı Ağayev Qeyrət Fikrət oğlu və 22 yaşlı Dünyamalıyev Əli Zərbalı oğlu müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir RMX-nın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti