Xəzər Xəbər

“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imiş

Hadisə | 11:33 • 4 İyun 2019
“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imiş

Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini mayın 2-də başından güllələyərək öldürən şəxs saxlanılıb.


XəzərXəbər xəbər verir ki, qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.


İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad soyadı açıqlanmır.


Şəmkir rayon prokurorluğundan bildirilib ki, bu hadisə ilə bağlı cinayət işi onlardan alınaraq Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam etdirilir.


K.Məmmədlinin qətli ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hadisəni törədən şəxs gizləndiyi üçün axtarışa verilmişdi.

Xəbər lenti