Xəzər Xəbər

Sumqayıtda sərnişin avtobusu yandı - VİDEO

Hadisə | 17:41 • 2 İyun 2019
Sumqayıtda sərnişin avtobusu yandı -
Sumqayıtda sərnişin avtobusu yanıb.


Xezerxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Hadisənin 26-cı məhəllənin yanında baş verdiyi bildirilir. Məlumata görə, 7A nömrəli sərnişin avtobusu qəfildən alışıb. 

Sürücü avtobusu saxlamağa müvəffəq olub və nəqliyyat vasitəsində olan sərnişinlər dərhal düşürülüb.

Hadisə yerinə yanğınsöndürənlərcəlb edilib və yanğının avtobusun digər hissələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin görüntüsünü təqdim edirik:



Xəbər lenti