Xəzər Xəbər

Göyçayda güclü burulğan: ağac aşdı, yol bağlandı

Hadisə | 12:25 • 27 May 2019
Göyçayda güclü burulğan: ağac aşdı, yol bağlandı

Güclü külək nəticəsində gecə saatlarında qovaq ağacı qırılaraq Göyçay-Ucar avtomagistralının2-ci kilometrliyinə aşıb.

Ağac yolun əsas hissəsinə düşüb vəgövdəsi iri olduğundan təxminən birsaat nəqliyyatın hərəkətinə mane olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan təmizlənməsi işinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları köməkedib. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb.

Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilibki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan baş verib.

Ağac bu səbəbdən aşıb.Heç bir tələfat qeydə alınmayıb./oxu.az

Xəbər lenti