Xəzər Xəbər

Güclü külək Azərbaycanın bu bölgəsində dağıntılar törətdi

Hadisə | 11:41 • 26 May 2019
Güclü külək Azərbaycanın bu bölgəsində dağıntılar törətdi

Quba və Qusar rayonlarında güclü gülək fəsadlar yaradıb.

"Report"un məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq Şimal bölgəsində güclü külək əsməyə başlayıb.

Quba və Qusar rayonlarında bir neçə saat davam edən gülək dağıntılar törədib. Qubada avtomobilin üzərinə irigövdəli ağac aşıb.

Quba-Xaçmaz yolunda ağacların budaqları yolun bəzi hissələrinə tökülüb. Dövlət Yol Polisi və müvafiq idarələr yolun təmizlənməsi işləri ilə məşğuldur. Quba şəhər 1 saylı orta məktəbin divarının üstünə irigövdəli ağac aşıb.

Qusar rayonunda isə məktəbin damını külək yerə atıb. Rayonun Zərdabi qəsəbəsində ağac evin üstünə aşaraq xeyli ziyan vurub. Hər iki rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Rayonlara verilən elektrik enerjisində fasilələr yaranıb.

Yaranmış vəziyyətlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları damı uçan məktəbin yerləşdiyi əraziyə gedib.

Dəymiş ziyanla bağlı Quba və Qusar rayon icra hakimiyyətinin Fövqaladə hallar komissiyası tərəfindən araşdırma aparılır.

Qusarda külək, qaz xətləri, işıq dirəkləri və çoxlu sayda ağaclar yola aşıb. Qusar yolu bağlanıb. Qusarın mərkızi küçələrində olan iri gövdəli ağaclar yıxılıb.

Eyni zamanda Qusar Xudat yolu bağlanıb, hazırda hadisə yerində texnika işləyir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti