Xəzər Xəbər

Azərbaycanda 4 nəfərin öldüyü hadisə ilə bağlı YENİ FAKTLAR

Hadisə | 14:03 • 24 May 2019
Azərbaycanda 4 nəfərin öldüyü hadisə ilə bağlı

Dünən səhər saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonundan keçən hissəsində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Yardımlı rayonunun Kürəkçi kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlunun idarə etdiyi "Ford Transit” markalı mikroavtobusun yük maşınına çırpılmasında əvvəl eyni istiqamətdə hərəkət edən digər yük maşını onu çaşdırıb. Belə ki, ot bağlamaları aparan iriabaritli yük maşınının yanından keçərkən S.Mirzəyev idarəetməni itirib və mikroavtobusu "Kamaz” markalı yük maşınına çırpıb.

Hadisə nəticəsində sürücü ilə yanaşı həmkəndlisi, Azərbaycan Texniki Universitetinin 4-cü kurs tələbəsi Yaqubov Cavid Əlizadə oğlu və Yardımlının Zərgənə kənd sakini 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu ilə Mamulğan kənd sakini 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, qəzaya düşən avtobusda ölən 21 yaşlı Cavid evin tək oğul övladı olub. Onun iki bacısı ailə qurub. Atası isə kənd baytarı kimi fəaliyyət göstərir.

Qəzaya düşən avtobus Yardımlı-Bakı arasında sifarişlə sərnişindaşıma fəaliyyəti göstərirmiş.

Xəbər lenti