Xəzər Xəbər

Akrobatın dəhşətli sonu 12 metr yüksəklikdən...

Hadisə | 18:25 • 23 May 2019
Akrobatın dəhşətli sonu

Antalya şəhərinin Belek bölgəsində əyləncə mərkəzlərinin birində şoudan öncə məşq edən 3 kolumbiyalı akrobat 12 metr yüksəklikdən yerə yıxılıb.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 37 yaşlı Angeliqe Suarez dünyasını dəyişib, digər 2 nəfər xəsarət alıb.

Suarezin təxminən 3 aydır Türkiyədə çalışdığı, cənazəsinin ölkəsinə göndərildiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Məlumata görə, akrobatın ölüm xəbəri Türkiyə mətbuatından gizli saxlanılıb. Belə ki, Suarezin faciəvi ölümü Kolumbiyada səs-küylə qarşılanıb. Televiziyalar xəbəri Antalya ilə canlı bağlantı quraraq izləyicilərə çatdırıblar. Daha sonra bu xəbər Türkiyə mətbuatında yayılıb.

Xəbər lenti