Xəzər Xəbər

Bakı sakini tanımadığı şəxslərə 10 min dollar verdi

Hadisə | 15:46 • 21 May 2019
Bakı sakini tanımadığı şəxslərə 10 min dollar verdi

Bakıda törədilmiş dələduzluq əməlinin üstü açılıb.

XəzərXəbər xəbər verir ki, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti