Xəzər Xəbər

Bakıda velosipedçini avtomobil vurub

Hadisə | 11:04 • 21 May 2019
Bakıda velosipedçini avtomobil vurub

Paytaxtın Səbail rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Mayın 20-də Bibiheybət qəsəbəsində velosipedlə hərəkətdə olan 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğlunu "Mercedes” markalı avtomobil vurub. Ağır xəsarətlər alan R.Səlimov xəstəxanaya aparılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. (ONA)

Rubrikanın digər xəbərləri

Xəbər lenti