Xəzər Xəbər

Kürdəmirdə insanı sarsıdan hadisə Ata 2 yaşlı qızının ölümünə səbəb oldu

Hadisə | 15:12 • 20 May 2019
Kürdəmirdə insanı sarsıdan hadisə

Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 19-da saat 19 radələrində Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes” markalı avtomobilində çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti