Xəzər Xəbər

Külli miqdarda narkotik yetişdirən Buzovna sakini saxlanılıb - FOTO

Hadisə | 13:18 • 20 May 2019
Külli miqdarda narkotik yetişdirən Buzovna sakini saxlanılıb -

Buzovna qəsəbəsi sakinin evindən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunub.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini Şahin Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilən zaman xüsusi olaraq əkilən və qulluq edilən 877 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Əliyevdən əlavə olaraq 5 kiloqram 595 qram qurudulmuş marixuana da aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkdiyini və onlara qulluq edərək yetişdirdiyini bildirib.


Faktla bağlı 1-ci Polis Şöbəsində Ş.Əliyev barəsində toplanan material araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti