Xəzər Xəbər

Bakıda 25 yaşlı oğlan avtomobili ilə birgə yoxa çıxıb

Hadisə | 10:37 • 20 May 2019
Bakıda 25 yaşlı oğlan avtomobili ilə birgə yoxa çıxıb

Bakı sakini itkin düşüb.


Mayın 18-də Zabrat qəsəbəsində yaşayan Şərifova Əntiqə Təyyar qızı ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu, 1994-cü il təvəllüdlü Mazanlı Tərxan Rahid oğlu mayın 14-də saat 15:00-da özünə məxsus "Wolskwagen Passat” markalı, 50-DJ-445 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.


Faktla bağlı Sabunçu rayon polis idarəsi tərəfindən araşdırma aparılır. (ONA)

Xəbər lenti