Xəzər Xəbər

Tanınmış həkimi və arvadını öldürən bağbana cəza verildi - ÖMÜRLÜK

Hadisə | 14:16 • 13 May 2019
Tanınmış həkimi və arvadını öldürən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

XəzərXəbər xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Xancanov ömürlük azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən ilin iyul ayında Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi, Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Tanınmış həkim olan A.Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov hadisədən ikiay əvvəl işdən çıxarılıb.

Xəbər lenti