Xəzər Xəbər

Bakıda bağ evlərinə qənim kəsilən şəxslər saxlanılıb - FOTO

Hadisə | 16:25 • 25 Mart 2019
Bakıda bağ evlərinə qənim kəsilən şəxslər saxlanılıb -

Paytaxtın Sabunçu rayonu ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əməliyyat zamanı Maştağa qəsəbəsi sakinləri Mireyvaz Məmmədov və Ağanəbi Hadıyev tutulublar. Araşdırma zamanı onların Nardaran, Ləhic və Maştağa bağlarında 7 evdən əsasən paltaryuyan maşın, televizor, təmir və məişət əşyaları oğurladıqları məlum olub. Oğurlanan əşyalar M.Məmmədovun avtomobili ilə hadisə yerlərindən aparılıb. Həmin əşyaların bir qismi Sabunçu bazarında satılıb. Oğurluq malların satışından əldə edilən pul isə hər iki şəxsin arasında bölünüb. Oğurlanan əşyların qalan hissəsi isə saxlanılan şəxslərin yaşadıqları evlərdən aşkarlanaraq maddi sübut kimi götürülüb.


Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti