Xəzər Xəbər

Evdən pul və qızıl oğurlayan şəxslər tutulub

Hadisə | 15:42 • 20 Mart 2019
Evdən pul və qızıl oğurlayan şəxslər tutulub
Saray qəsəbəsində evdən pul və qızıl oğurlayan şəxslər tutulub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-nə keçən gecə Saray qəsəbəsindəki evlərin birindən 500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri M.Əlizadə və M.Cəfərov saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar