Xəzər Xəbər

Avtomobildən oğurluq edən Bakı sakininin digər cinayətləri də üzə çıxıb

Hadisə | 14:31 • 18 Mart 2019
Avtomobildən oğurluq edən Bakı sakininin digər cinayətləri də üzə çıxıb

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev "Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilib. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi "TT” markalı tapança aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti