Xəzər Xəbər

Bakıda dəhşətli hadisə Qadın yanaraq öldü

Hadisə | 10:38 • 18 Mart 2019
Bakıda dəhşətli hadisə

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti