Xəzər Xəbər

Cəbhədə düşmən təxribatı davam edir

Hadisə | 09:24 • 18 Mart 2019
Cəbhədə düşmən təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənQazaxrayonunun Kəmərli, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdənTovuzrayonunun Ağbulaq kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtərrayonunun işğal altında olan Çiləbürt,Ağdamrayonunun Baş Qərvənd, Cəvahirli, Acarlı,Füzulirayonunun Aşağı Veysəlli, Qərvənd, Qorqan,Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy,Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Xəbər lenti