Xəzər Xəbər

Sumqayıtda toya gedən avtomobil qəzaya düşüb, 2 qardaş ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Hadisə | 15:51 • 15 Mart 2019
Sumqayıtda toya gedən avtomobil qəzaya düşüb, 2 qardaş ölüb, 3 nəfər yaralanıb -

Sumqayıtda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.


ONA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 2003-cü il təvəllüdlü Zəkiyev Fərid Məzahir oğlu və onun qardaşı Zəkiyev Vahid Məzahir oğlu aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.


Qəza nəticəsində daha üç nəfər - Nəbiyev Cəbi Müdürxan oğlu, Zəkiyev Mikayıl Məzahir oğlu və Cəfərov Cabir Aslan oğlu xəsarət alıb. Yaralılar Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.


Onu da qeyd edək ki, qəzaya düşən "Hyundai" markalı avtomobil kirayəyə götürülüb. Onlar həmin avtomobillə toya gedirmiş.



Saat 15:00


***



Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası olub.


ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Ölənlərdən biri, 1995-ci il təvəllüdlü Cabir Aslan oğlu Cəfərovdur. Digər ölənin şəxsiyyəti hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti