Xəzər Xəbər

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Hadisə | 12:04 • 14 Mart 2019
Sumqayıtda dənizdə batan şəxsin meyiti tapılıb

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti