Xəzər Xəbər

Qanunsuz saxlanılan silahlar götürülüb

Hadisə | 11:01 • 19 Yanvar 2019
Qanunsuz saxlanılan silahlar götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülmüşdür. Faktla bağlı RPŞ-də araşdırma aparılır

Xəbər lenti