Xəzər Xəbər

Spirtli içki qəbul etdi, sonra... Azərbaycanda FACİƏ

Hadisə | 17:55 • 14 Yanvar 2019
Spirtli içki qəbul etdi, sonra...

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol kənarından meyit tapılıb.

Araşdırmalar nəticəsində onun həmin kəndin sakini Məmmədov Çingiz Məmməd oğluna aid olması müəyyən edilib.

İlkin məlumata görə, Ç.Məmmədov həddindən artıq spirtli içki qəbul etdikdən sonra, yıxılaraq yol kənarındakı arxda yatıb və şaxtalı havada soyuq onun ölümünə səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir (Report).

Xəbər lenti