Xəzər Xəbər

1 ailənin 5 üzvü diri-diri YANDI: Azərbaycanda TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ

Hadisə | 12:14 • 14 Noyabr 2018
1 ailənin 5 üzvü diri-diri YANDI:

Daşkəsən rayonunda beş nəfərin ölümü ilə nəticələnən yanğının bəzi təfərrüatları məlum olub.

Yanğın 1970-ci il təvəllüdlü Quşçu kənd sakini Tağıyeva Pənah Cəmil oğluna məxsus ümumi sahəsi 150 kvadratmetr olan fərdi evdə baş verib.

Ev sahibi hadisə zamanı Gəncə şəhərindəki xəstəxanada müalicə alan həyat yoldaşının yanında olub. Ev sahibinin qızı xəstə anasının yanına getdiyinə görə, yanğın zamanı ölən 11 yaşlı Ədilxanova Günel Qoşqar qızını ata evinə aparıb və qardaşı Asim Tağıyevin yanına qoyub

Dünən axşam saatlarında isə Asim mal-qarasının gəlmədiyini görüb, meşəyə heyvanatın dalınca gedib. Lakin mal-qaranı orada tapmayan Asim gecə saatlarında onları axtarmağa başlayıb və bu səbəbdən yanğın zamanı evdə olmayıb.

Yanğın baş verən zaman evdə Asimin həyat yoldaşı Sevinc Tağıyeva, 3 övladı və 1 bacısı qızı olub. Qadın və uşaqlar yatdığı üçün yanğından xəbərləri olmayıb. Yanğının evdə quraşdırılan odun sobasından başlayaraq evə yayıldığı ehtimal edilir.

Hadisə zamanı ev tamamilə yararsız vəziyyətə düşüb və ətrafdakı qonşular yalnız evin çardağında olan materialın (şiferin) parçalandığı an səsinə oyanıblar. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yaxınlıqda olan 2 tövlə yanğından mühafizə edilib. (Report)

***

Daşkəsən rayonunda dəhşətli yanğın hadisəsi olub.

"Report" xəbər verir ki, rayonun Quşçu kəndindəki evlərdən birində baş vermiş yanğın zamanı 5 nəfər həyatını itirib.

Ölənlər arasında 1, 6, 8 və 11 yaşlı dörd uşaq var:

Tağıyeva Sevinc Şahin qızı, 1990

Tağıyeva Aysun Asim qızı, 2010

Tağıyev Sakit Asim oğlu, 2012

Tağıyev Sadiq Asim oğlu, 2017

Ədilxanova Günel Qoşqar qızı, 2007

Yanğının başvermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti