Xəzər Xəbər

Cəbhədə düşmən təxribatı davam edir

Hadisə | 09:24 • 13 Noyabr 2018
Cəbhədə düşmən təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.


Müdafiə Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdənTovuzrayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdənGədəbəyrayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdamrayonunun işğal altında olanKəngərli, Sarıcalı, Novruzlu, Mərzili,Füzulirayonunun Aşağı Veysəlli,Cəbrayılrayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçininGoranboy,TərtərvəAğdamrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti