Xəzər Xəbər

Sabirabadda dəhşətli hadisə: Birini öldürüb kanala atdı, digərini yaraladı

Hadisə | 14:21 • 18 Oktyabr 2018
Sabirabadda dəhşətli hadisə:
Bakı şəhər sakini Sabirabadda qətlə yetirilib.

XəzərXəbər DİN-nə istinadən xəbər verir ki, oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən S. Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə A.Astanov İmişli rayonunun ərazisində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri ilə A.Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

A. Astanov Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında münaqişə baş verib. A.Astanov tüfəngdən açdığı atəş nəticəsində Natiq Gülbalayevi qətlə yetirib. A.Astanov onun meyitini kəndin ərazisindən keçən kanala atıb.

Meyitin və cinayətdə istifadə edilmiş tüfəngin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar