Xəzər Xəbər

Lənkəranda şok olay: Azyaşlının qızıl sırğalarını zorla qulağından çıxardılar

Hadisə | 14:07 • 17 Oktyabr 2018
Lənkəranda şok olay:
Lənkəranda azyaşlıya qarşı soyğunçuluq edilib.

XəzərXəbər DİN-ə istinadən xəbər verir ki, hadisə Gərmətük qəsəbəsində baş verib.

Qəsəbə sakini azyaşlı qızının qulağındakı bir cüt qızıl sırğasının naməlum qadın tərəfindən açıq talama yolu ilə alınması barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini E.İsmayılova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti