Xəzər Xəbər

Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb

Hadisə | 10:35 • 26 Sentyabr 2018
Astara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb

stara sakinlərinin kartlarındakı pulu mənimsəyən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Astara şəhər sakini C.Məmmədov və rayonun Ərçivan qəsəbə sakini olan bir qadın Astara RPŞ-yə ərizə ilə müraciət edərək şəhər ərazisində bankomatlardan birindən tanımadıqları bir şəxsin onlara məxsus plastik kartdakı pulu çıxararaq mənimsədiyini bildiriblər.


Belə ki, onlar bankomatın yanında dayanan tanımadıqları bir şəxsə plastik kartlarını verərək pullarını çıxarmağı xahiş ediblər. Həmin şəxs isə "kartda pul yoxdur” - deyərək onları aldadıb. Əslində isə həmin vətəndaşlara məxsus ümumilikdə 183 manat pullarını çıxararaq mənimsəyib.


Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki təqaüdçüyə məxsus plastik kartlardan pulu çıxararaq mənimsəyən şəxsin şəhər sakini İlkin Hüseynov olduğu müəyyən edilib. O saxlanılaraq şübhəli şəxs qismində RPŞ-yə gətirilib.


Araşdırma zamanı İ.Hüseynov cari ilin avqust-sentyabr aylarında daha 2 rayon sakininə məxsus kartlardan ümumilikdə 109 manat pul çıxararaq mənimsədiyini etiraf edib.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti