Xəzər Xəbər

Yevlaxda qəza - 5 nəfər yaralandı

Hadisə | 20:12 • 25 Sentyabr 2018
Yevlaxda qəza - 5 nəfər yaralandı

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər - Tovuz rayonun Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayonun Şiştəpə kənd sakinləri - 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti