Xəzər Xəbər

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Hadisə | 09:46 • 25 Sentyabr 2018
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Sentyabrın 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 102 cinayət faktı qeydə alınıb, onların da 14-ü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Xəbər lenti

Çox oxunanlar