Xəzər Xəbər

Qanunsuz ov edən üç nəfər yaxalanıb

Hadisə | 13:16 • 24 Sentyabr 2018
Qanunsuz ov edən üç nəfər yaxalanıb

Sentyabrın 22-də Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov etdiklərinə görə 3 nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırmalarla onların Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan "ATA ARMS”, "İJ-58” və "Özkan arms” markalı 3 ədəd ov tüfəngi və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb.


Araşdırma aparılır.


Xəbər lenti