Xəzər Xəbər

Bakıda avtomobillər dağıntı altında qaldı - FOTO

Hadisə | 15:06 • 23 Sentyabr 2018
Bakıda avtomobillər dağıntı altında qaldı -

Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində uçqun hadisəsi baş verib.


"Hyatt Regency” otelinin yaxınlığında hasar park edilmiş avtomobillərin üstünə uçub. Hadisə nəticəsində avtomobillərə xeyli ziyan dəyib.

Uçqun nəticəsində ümumilikdə 6 avtomobil əzilib. Onlardan 4-ü yararsız vəziyyətə düşüb.

Hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət edilib. (Publika.az)


Xəbər lenti