Xəzər Xəbər

Qanunsuz saxlanılan silah-sursat götürülüb

Hadisə | 11:28 • 22 Sentyabr 2018
Qanunsuz saxlanılan silah-sursat götürülüb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov "Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinə təhvil verib.


Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş "İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən "TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti