Xəzər Xəbər

Heyvan satışı bazarları dezinfeksiya olunub

Hadisə | 10:37 • 21 Sentyabr 2018
Heyvan satışı bazarları dezinfeksiya olunub
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.


DBX-dən XəzərXəbər-ə verilən məlumata görə, dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

İsmayıllı və Göyçay rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya "Almerdehyde” "Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti