Astara Rayon Polis
Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İranda əldə etdikləri külli miqdarda narkotik vasitələrini Azərbaycana keçirib satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara
şəhəri Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə
keçirilən baxış zamanı H.Yusifovun daxili orqanlarından gömrük
nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi
çəkisi 50 qram olan narkotik vasitə heroin və 1 büküm də 11 ədəd metadon
dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.