Xəzər Xəbər

Velosiped oğruları tutulub

Hadisə | 16:12 • 21 İyul 2018
Velosiped oğruları tutulub

İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.


Bu barədə xezerxeber.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.


Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.


Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb.


Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti