Xəzər Xəbər

DİN bir ailənin 3 üzvünün öldüyü qəza barədə məlumat yayıb

Hadisə | 12:37 • 21 İyun 2018
DİN bir ailənin 3 üzvünün öldüyü qəza barədə məlumat yayıb

DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İ.Əliyev orada ölüb.

Xəbər lenti