Xəzər Xəbər

Binəqədidə ev, Suraxanıda mağaza yandı

Hadisə | 10:36 • 27 May 2018
Binəqədidə ev, Suraxanıda mağaza yandı
Ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m2 sahədə ev əşyaları yanıb.


XəzərXəbər-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Bakının Suraxanı rayonunda isə ümumi sahəsi 11 m² olan mağazanın giriş qapısı qismən yanıb. Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti