Xəzər Xəbər

Bakıda bank soymaq istəyən şəxs yaxalandı FOTO

Hadisə | 12:49 • 23 May 2018
Bakıda bank soymaq istəyən şəxs yaxalandı
Gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan bankın filialından Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan” siqnalı daxil olub.


Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, İdarənin əməkdaşları hadisə yerinə çıxıb və bankın giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılaraq aidiyyəti üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə təhvil verilib.


Şöbədə şəxsiyyəti müəyyənləşdirilən zaman onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynalov olduğu müəyyənləşib. Onun əlindəki idman çantasına baxış keçirilərkən müxtəlif ölçüdə olan küt alətlər aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Qeyd edək ki, saxlanılan şəxsin banka hücumu və qapını sındıraraq oğurluq etmək məqsədi ilə içəri daxil olmaq cəhdi obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Göstərilən faktla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti